“Yanq Boyz”la oyun ərəfəsində “Qarabağ”da daha bir itki
Bizi izləyin

İdman

“Yanq Boyz”la oyun ərəfəsində “Qarabağ”da daha bir itki

Avropa Liqasının pley-off mərhələsində “Yanq Boyz”la keçiriləcək oyundan əvvəl “Qarabağ” ciddi itkilə üzləşib.

Publika.az xəbər verir ki, “Köhlən atlar”ın yarımmüdafiəçisi Əl Jadeyui Əlhərbinin zədəsi ciddidir. İyulun 20-də İsveçrədəki qarşılaşmada zədələnən mərakeşli futbolçu AZAL-la oyunda da meydana cıxmayıb.

Tibbi müayinədən sonra onda ikinci dərəcəli əzələ dartılması aşkar olunub. Futbolçunun müalicəsinin ən azı 2 həftə çəkəcəyi bildirilir.

“Qarabağ”ın digər zədəlisi - Maksim Medvedev də “Yanq Boyz”la oyunda meydana çıxa bilməyəcək.

“Yanq Boyz”la cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm