İdman
Karateçilərimiz İrandan 13 medal gətirdi - FOTOLAR
İran İslam Respublikasının Urmiyə şəhərində 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirinin ilk gününü 8 medalla başa vuran Azərbaycan karateçiləri yarışın son günü daha 5 medala sahib olublar.
Publika.az xəbər verir ki, Niyazi Əliyev (-67 kq) ilə Asiman Qurbanlı (+84 kq) şəxsi yarışlarda, Rafiq Əmirov katada, müxtəlif yaş quruplarından ibarət heyət katada, milli komandanın əsas və əvzedicilərindən ibarət heyət isə komanda kumite yarışlarında bürünc medal qazanıblar.
Gənclərdən ibarət heyət iranlı həmyaşıdları ilə komanda yarışlarının bürünc medal uğrunda həlledici görüşündə yerli hakimlərin haqsızlığının qurbanı olublar. Pənah Abdullayev (-84 kq) isə fərdi yarışın bürünc medal döyüşündə hesabda irəli olsa da, başından aldığı ağır zərbə nəticəsində mübarizəni davam etdirmək iqtidarında olmayaraq medalsız qalıb.
Beləliklə, ənənəvi "Urmiyə" kubokunda iştirak edən Azərbaycan karateçiləri 2 qızıl, 1 gümüş və 10 bürünc medalla 7 ölkə arasında ümumi komanda hesabında İran və Türkiyədən sonra üçüncü nəticə göstəriblər.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK