Çempionlar Liqası: PSJ və “Barselona” növbəti mərhələdə
Bizi izləyin

İdman

Çempionlar Liqası: PSJ və “Barselona” növbəti mərhələdə

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları davam etdirilib. İkinci oyun günündə iki qarşılaşma baş tutub.

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları davam etdirilib. İkinci oyun günündə iki qarşılaşma baş tutub.

"Barselona" "Mançester Siti"ni qəbul edib. Mançesterdə baş tutan ilk oyunda 2:0 hesablı qələbə qazanan "Barselona" "Nou Kamp"da da rəqibinə şans verməyib - 2:1. Hesabı 67-ci dəqiqədə Lionel Messi açıb. 78-ci dəqiqədə Pablo Zabaleta ikinci sarı vərəqəni alaraq "Mançester Siti"ni azlıqda qoyub. Say azlığına baxmayaraq İngilətərə klubu 89-cu dəqiqədə Vinsent Kompaninin qolu ilə bərabərliyi təmin edib. Lakin "Barselona" 90+2-ci dəqiqədə Dani Alveşlə qələbə qolunu vurub.

Günün digər oyununda isə PSJ "Bayer"i qəbul edib. Leverkuzendə keçirilən ilk oyunda 4:0 hesablı qələbə qazanan Paris klubu "Park des Prinçes" stadionunda da rəqibini sevindirməyib - 2:1. Hesabı 1-cı dəqiqədə qonaqlardan Sidney Sam açıb. Cəmi 7 dəqiqə sonra Markuinyos bərabərliyi təmin edib. 63-cü dəqiqədə Ezekuiel Lavezzi PSJ-nin bərabərlik qoluna imza atıb. 68-ci dəqiqədə Emre Can ikinci sarı vərəqəni alaraq "Bayer"i azlıqda qoyub.

Qeyd edək ki, bu mərhələnin ilk iki oyunu martın 11-də keçirilib. "Atletiko" "Milan"ı (1:0, 4:1), "Bavariya" "Arsenal"ı (2:0, 1:1) mübarizədən kənarlaşdırıb. Daha 4 qarşılaşma isə gələn həftə baş tutacaq: "Çelsi" - "Qalatasaray", "Real" - "Şalke 04", "Borussiya" (Dortmund) - "Zenit", "Mançester Yunayted" - "Olimpiakos".

Çempionlar Liqası

1/8 final

Cavab oyunları

12 mart

Barselona (İspaniya) - Mançester Siti (İngiltərə) 1:0

Qol: Lionel Messi, 67. Daniel Alveş, 90+2- Vinsent Kompani, 89.

Barselona: Viktor Valdes, Cerard Pike, Xavyer Maskerano, Jordi Alba, Daniel Alveş, Kesk Fabreqas (Serji Roberto, 86), Xavi Hernandes, Andres İnyesta, Serxio Buskets, Lionel Messi, Neymar (Aleksis Sançes, 80).

Ehtiyat oyunçular: Jose Manuel Pinto, Mark Bartra, Adriano, Aleks Sonq, Pedro Rodriges.

Baş məşqçi: Gerardo Martino.

Mançester Siti: Joe Hart, Vinsent Kompani, Pablo Zabaleta, Joleon Leskott, Aleksandar Kolarov, Ceyms Milner, Samir Nasri (Xesus Navas, 75), David Silva (Alvaro Neqredo, 72), Fernandinyo, Yaya Ture, Serxio Aquero (Edin Dzeko, 46).

Ehtiyat oyunçular: Kostel Pantilimon, Qael Klişi, Dedrik Boyata, Xavi Qarsiya.

Sarı vərəqələr: Kesk Fabreqas, 54 - Fernandinyo, 9. Aleksandar Kolarov, 23. Pablo Zabaleta, 30; 78. Vinsent Kompani, 73.

Qırmızı vərəqə: Pablo Zabaleta, 78.

Məşqçi: Ruben Kousillas.

Baş hakim: Stepan Lannoy (Fransa).

Barselona. "Nou Kamp" stadionu.

PSJ (Fransa) - Bayer (Almaniya) 2:1

Qollar: Markuinyos, 13. Ezekuel Lavezzi, 53 - Sidney Sam, 6.

PSJ: Salvatore Siriqu, Tyaqo Silva, Markuinyos, Lukas Diqne, Kristof Jallet, Yohan Kabaye, Adrien Rabiot, Xavyer Pastore, Zlatan İbrahimoviç (Ceremi Menez, 72), Edinson Kavani (Zoumana Kamara, 85), Ezekuel Lavezzi (Lukas Moura, 62).

Ehtiyat oyunçular: Nikolas Douçes, Aleks, Makvell, Tyaqo Motta.

Baş məşqçi: Loran Blan.

Bayer: Bernd Leno, Filip Vollsçeid, Andres Quardado, Ömer Toprak, Giulio Donati, Stefan Reynarts (Maksimilian Vagener, 78), Simon Rolfes, Emre Can, Sidney Sam (Heunq-Min Son, 67), Qonzalo Kastro (Julian Brandt, 67), Eren Derdiyok.

Ehtiyat oyunçular: Niklas Lomb, Sebastian Boenis, Roberto Hilbert, Stefan Kiesslinq.

Baş məşqçi: Sami Hyupia.

Sarı vərəqələr: Kristof Jallet, 28. Adrien Rabiot, 79 - Eren Derdiyok, 49. Emre Can, 52; 68.Maksimilian Vagener, 90+3.

Qırmızı vərəqə: Emre Can, 68.

Baş hakim: İvan Bebek (Xorvatiya).

Paris. "Park des Prinçes" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm