Boksçularımız dünya çempionatına Meksikada hazırlaşır
Bizi izləyin

İdman

Boksçularımız dünya çempionatına Meksikada hazırlaşır

Boks üzrə milli komandamız təlim-məşq toplanışı üçün Meksikaya yollanıb.

Publika.az xəbər verir ki, səfər oktyabrda Qətərdə keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır. Rio de Janeyro Olimpiadasına lisenziya xarakterli yarışda komandamız tam heyətlə çıxış edəcək.

Meksikadakı təlim-məşq toplanışında baş məşqçi Pedro Roke, məşqçilər Lazaro Ximenes və Nəriman Abdullayevin rəhbərliyi altında 9 bokçumuz hazırlıq keçir. Seçmə komandamızın liderlərindən yalnız Məhəmmədrəsul Məcidov (+91 kq) zədə səbəbindən toplanışa yollanmayıb. Avropa Oyunlarında iştirak etməyən Cavid Çələbiyev (56 kq) bu dəfə heyətə daxil edilib. Bu yaxınlarda Bolqarıstanda keçirilən Avropa çempionatında bürünc medal qazanan Rüfət Hüseynov da Meksikaya yollanıb.

Komandamızın sentyabrın 5-ə kimi Meksikada qalması gözlənilir. Xatırladaq ki, boksçularımız Avropa Oyunlarından öncə də bu ölkədə toplanış keçiblər.

49 kq. Rüfət Hüseynov

52 kq. Elvin Məmişzadə

56 kq. Cavid Çələbiyev

60 kq. Albert Səlimov

64 kq. Lorenzo Sotomayor

69 kq. Pərviz Bağırov

75 kq. Xaybulla Musalov

81 kq. Teymur Məmmədov

91 kq. Abdulqadir Abdullayev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm