“Lazım gəlsə, ondan vaz keçərəm, amma orucumu pozmaram”
Bizi izləyin

İdman

“Lazım gəlsə, ondan vaz keçərəm, amma orucumu pozmaram”

Futbolun populyarlığını sübut etməyə ehtiyac yoxdur. Planetin elə bir nöqtəsi yoxdur ki, orada topun arxasınca qaçmasınlar. Qaça bilməyənlər isə yaşıl meydanlarda qaçanlara tamaşa etməkdən zövq alırlar.

Futbolu sadəcə ayaqla deyil, sözün hər mənasında başla oynayırlar. Futbolun içində olan hər kəs düşünməli və nə danışdığını bilməlidir.

Müasir futbolda ağzından çıxan hər sözü ajiotaj yaradan mütəxəssislər və futbolçular çoxdur. Onların dediyi hər cümlə bəzən münaqişəyə, bəzən etirazlara, bəzən də gülüşə səbəb olur. Əlbəttə, futbol dünyasında maraqlı fikir səsləndirənlər olub, var və olacaq da...

Publika.az “Unudulmaz sözlər” rubrikasının növbəti buraxılışını təqdim edir.

Slaven Biliç

“Qadınlara böyük hörmətim var. Amma etiraf edim ki, futbol onlardan daha gözəldir”.

Neymar

“Uşaq olanda Devid Bekhemin fanatı idim. İndi böyümüşəm, baxıram ki, heç nə dəyişməyib”.

Andres İnyesta

“Kristiano Ronaldo çox yaxşı bir insan və inanılmaz istedaddır. Bəzi insanların onu tez-tez tənqid etməsini anlaya bilmirəm”.

Mussa Sov

“Lazım gəlsə, futboldan vaz keçərəm, amma orucumu pozmaram. Pul bu dünyada gəldi-gedərdir. Mənim üçün axirətim daha vacibdir”.

Devid Moyes

“Ser Aleks Ferqyuson mənə “Mançester Yunayted”in baş məşqçi postunu təklif edəndə nə “hə” deyə bildim, nə də “yox”. Sadəcə üzüm qızardı və şok keçirdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm