Çempionlar Liqası: Qrupa düşmək üçün son şans
Bizi izləyin

İdman

Çempionlar Liqası: Qrupa düşmək üçün son şans

Avqustun 25-26-da Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, iki gün ərzində baş tutacaq oyunlardan sonra Çempionlar Liqasının qrup mərhələsinin bütün iştirakçıları məlum olacaq.

Qitənin ən nüfuzlu klub turnirinin 5 qarşılaşması sabah, 5-i isə ertəsi gün keçiriləcək. Çempionlar Liqasının qrupuna vəsiqə iddiasında olanlar arasında təəssüf ki, Azərbaycan təmsilçisi qalmayıb.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

25 avqust

23:45 Dinamo (Zaqreb, Xorvatiya) - Skenderbeu (Albaniya) (ilk oyun - 2:1)

23:45 Malmö (İsveç) - Seltik (Şotlandiya) (2:3)

23:45 Makkabi (Təl-Əviv, İsrail) - Bazel (İsveçrə) (2:2)

23:45 Şaxtyor (Ukrayna) - Rapid (Avstriya) (1:0)

23:45 Monako (Fransa) - Valensiya (İspaniya) (1:3)

26 avqust

23:45 APOEL (Kipr) - Astana (Qazaxıstan) (0:1)

23:45 Brügge (Belçika) - Mançester Yunayted (İngiltərə) (1:3)

23:45 Bayer (Almaniya) - Latsio (İtaliya) (0:1)

23:45 MOİK (Rusiya) - Sportinq (Portuqaliya) (1:2)

23:45 Partizan (Serbiya) - BATE (Belarus) (0:1)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm