AZAL-dan uğursuz start
Bizi izləyin

İdman

AZAL-dan uğursuz start

“Neftçi”nin Premyer Liqadakı qələbəsiz oyunlar seriyası başa çatıb.

Publika.az xəbər verir ki, sonuncu dəfə aprelin 5-də “Simurq”la səfər qarşılaşmasında (1:0) qalib gələn paytaxt təmsilçisi 140 gündən sonra qələbə qazanıb. Samir Əliyevin yetirmələri uğursuz seriyanı 3-cü turun “Sumqayıt”la ev oyununda (2:1) qırıb. Bu müddətdə 9 qarşılaşma keçirən “Ağ-qaralar” 5 heç-heçə edib və 4 məğlubiyyət alıb. Azərbaycan çempionatlarının tarixində özünün ən uzun qələbəsiz seriyasını rəsmiləşdirən “Neftçi” bu qarşılaşmalarda 8 qol vurub, 16-nı buraxmışdı.

4 aydan artıqdır ki, davam edən bu antirekorda qədər paytaxt klubunun ən uzun qələbəsiz seriyası 5 oyunu əhatə edirdi. Belə seriyaya ölkə çempionatlarında 5 dəfə təsadüf olunmuşdu.

AZAL isə ilk 3 turda məğlub olmaqla tarixində Premyer Liqaya ən uğursuz startı rəsmiləşdirib. 2005/06 mövsümündən Premyer Liqada çıxış edən komanda indiyədək ilk 3 turda belə uğursuz nəticə göstərməmişdi. Yalnız debüt mövsümündə 3 oyunda qələbə qazana bilməyən AZAL həmin vaxt 1 xalla kifayətlənmişdi. Digər 9 mövsümün startında isə bakılılar ən azı 1 qələbə qazanıb. AZAL həm də ilk dəfə 3 oyunu qol vurmadan başa vurub. Debüt mövsümündə daha gec – 3-cü turda ilk qoluna imza atan bakılılar digər çempionatlarda ilk iki matçda ən azı 1 qol vurub.

Xatırladaq ki, AZAL cari mövsümdə “Zirə”yə 0:1, “Qəbələ” və “Qarabağ”a eyni – 0:2 hesabı ilə uduzub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm