Messidən daha bir rekord
Bizi izləyin

İdman

Messidən daha bir rekord

"Barselona"nın hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.

"Barselona"nın hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.m Argentinalı futbolçu adını Çempionlar Liqasının tarixinə yazdırıb.

Belə ki, ÇL-ın 1/8 finalının cavab oyununda "Mançester Siti"nin qapısına yol tapan Messi sözü gedən turnirdə qol sayını 67-yə çatdırıb. Bununla da o, ÇL-da bir klub forması ilə ən çox qol vuran futbolçu olub. Bu rekordun əvvəlki sahibi Raul Qonzales "Real" forması ilə 139 matçda 66 qola imza atmışdı. Raulun ən yaxın izləyicisi isə "Real" forması ilə 46 oyunda 46 qol vuran Kriştiano Ronaldodur. Messi isə 67 qolu 84 oyunda vurub.

Qeyd edək ki, Raul Qonzales "Real" və "Şalke"də çıxış etdiyi dövrdə ÇL-da 71 dəfə fərqlənməyi bacarıb. Messi bu mövsüm daha dörd qol vuracağı təqdirdə Raulun bu rekordunu da təzələyəcək. /Qol.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm