Qəzaya düşən pilot öldü - VİDEO
Bizi izləyin

İdman

Qəzaya düşən pilot öldü - VİDEO

"Andretti Autosport" komandasının britaniyalı pilotu Castin Uilson həyatını itirib.

Publika.az xəbər verir ki, Formula-1-in keçmiş pilotu "İndyCar" yürüşündə baş verən qəza zamanı ağır yaralanmışdı. Amerikalı yürüşçü Seyca Karamanın bolidindən qopan hissə Uilsonun başına dəymişdi.

Komaya düşən 37 yaşlı pilot ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin bütün cəhdinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Uilson 2003-cü ildə Formula-1-də 16 yürüşdə iştirak etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm