Dünya çempionu taksidə gedişhaqqı əvəzinə qızıl medalını verdi - FOTO
Bizi izləyin

İdman

Dünya çempionu taksidə gedişhaqqı əvəzinə qızıl medalını verdi - FOTO

Gürz atıcılığı üzrə 2015-ci ilin dünya çempionu Pavel Faydek taksidə gedişhaqqı əvəzinə öz medalını verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Pekində baş verib və taksi sürücüsü tapılaraq idmançının medalını hüquq mühafizə orqanlarına təhvil verib. Taksi sürücüsünün sözlərinə görə, Faydek taksiyə oturarkən içkili olub.

Qeyd edək ki, avqustun 22-dən 30-a kimi Çinin paytaxtında yüngül atletika üzrə yarışlar keçirilir. Faydek avqustun 23-də gürz atıcılığı üzrə yarışda iştirak edərək qızıl medala layiq görülüb. O, qızıl medalının itdiyini yalnız bir gündən sonra dərk edib. Faydek dərhal polisə müraciət edərək onu harada itirdiyini xatırlamadığını deyib.

26 yaşlı Faydek gürz atıcılığı üzrə ikiqat dünya çempionu və Avropanın gümüş mükafatçısıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm