Dünyanın ən sürətli adamına meydan oxuyan həmyerlimiz
Bizi izləyin

İdman

Dünyanın ən sürətli adamına meydan oxuyan həmyerlimiz

Çinin paytaxtı Pekində keçirilən dünya çempionatında azərbaycanlı atlet Ramil Quliyev Türkiyə yığmasının heyətində mübarizəyə uğurla başlayıb.

Publika.az xəbər verir ki, 25 yaşlı sprinter 200 metr məsafəyə qaçışda seçmə mərhələ iştirakçıları arasında ən yüksək nəticəni göstərib. O, finişə 20,01 saniyəyə çataraq, Türkiyənin rekordunu yeniləyib. Bundan başqa, R.Quliyev seçmə mərhələ iştirakçıları arasında ən yüksək nəticəyə imza atıb.

Azərbaycanlı sprinter hətta dünyanın ən sürətli adamı, 6 qat Olimpiya və 9 qat dünya çempionu, yamaykalı Useyn Boltdan da yüksək nəticə göstərib. Bolt öz yarımqrupundakı bütün rəqiblərini üstələsə də, finişə 20,28 saniyəyə çatıb.

Hər iki idmançı bu nəticələrlə yarımfinala yüksəlib. Onlar növbəti mərhələdə eyni yarımqrupda mübarizə aparacaqlar. Boltdan əlavə, Quliyevin rəqibləri Key Takase (Yaponiya), Migel Frensis (Antiqua), Kenji Fujimutsu (Yaponiya), Anaso Jobodvana (CAR), Daniel Talbot (Böyük Britaniya) və Roberto Skyers (Kuba) olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm