İspanlar Çempionlar Liqasını “işğal etdi”
Bizi izləyin

İdman

İspanlar Çempionlar Liqasını “işğal etdi”

Çempionlar Liqasının 2015/16 mövsümündə bir ilk yaşanacaq.

Publika.az xəbər verir ki, turnirin tarixində ilk dəfə olaraq qrup mərhələsində bir ölkəni 5 komanda təmsil edəcək. İspaniya bu uğura “Valensiya”nın sayəsində nail olub. “Valensiya” Çempionlar Liqasının pley-off mərhələsində “Monako”nu mübarizədən kənarlaşdırmaqla, İspaniyanın rekord qırmasına səbəb olub.

“Valensiya”ya qədər İspaniyanın daha 4 komandası - “Barselona”, “Real”, “Atletiko” və “Sevilya” qrup mərhələsində oynamağı təmin etmişdi.

“Sevilya” qrup mərhələsinə Avropa Liqasının qalibi olmaqla vəsiqə qazanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm