Vəfat edən pilot 6 nəfəri xilas etdi
Bizi izləyin

İdman

Vəfat edən pilot 6 nəfəri xilas etdi

Qəzaya düşən “Formula-1” yarışlarının pilotu Castin Uilsonun ölümü haqda xəbər vermişdik. Amma bu gün onun haqda daha bir şok xəbər yayıldı.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, böyük britaniyalı 37 yaşlı mərhum pilot öldükdən sonra onun orqanlarıyla 6 nəfər xilas olunub.

Xatırladaq ki, Castin Uilson bir neçə gün əvvəl qəzaya düşərək kəllə-beyin travması alıb. Həkimlər xəstəxanaya çatdırılan Uilsonun sağ qalması üçün əlindən gələni edib, lakin pilot aldığı zədələrdən həlak olub.

Qardaşı Stefanın verdiyi məlumata görə, Castin öldükdən sonra 6 nəfərə donorluq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm