Evdə “xoruzluq” edənlər çöldə də bunu bacaracaqmı?
Bizi izləyin

İdman

Evdə “xoruzluq” edənlər çöldə də bunu bacaracaqmı?

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, Bakı vaxtıyla saat 23:45-də başlayacaq 5 oyunla qrup mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

Günün ən maraqlı oyunlarından biri Moskvada baş tutacaq. Burada yerli ÇSKA "Sportinq"lə matçda səfərdəki 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Qazaxıstan "Astana"sı isə səfərdə APOEL-lə qarşılaşacaq. İlk oyunda evdə 1:0 hesabıyla qalib gələn qazaxlar ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı şans əldə ediblər.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

26 avqust

23:45 APOEL (Kipr) - Astana (Qazaxıstan) (ilk oyun 0:1)

23:45 ÇSKA (Rusiya) - Sportinq (Portuqaliya) (1:2)

23:45 Partizan (Serbiya) - BATE (Belarus) (0:1)

23:45 Bayer (Almaniya) - Latsio (İtaliya) (0:1)

23:45 Brügge (Belçika) - Mançester Yunayted (İngiltərə) (1:3)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm