Millimizin rəqibinin heyəti məlum oldu
Bizi izləyin

İdman

Millimizin rəqibinin heyəti məlum oldu

Sentyabrın 6-da AÇ-2016-nın seçmə mərhələsində yığmamızla qarşılaşacaq Malta millisinin heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, adalıların baş məşqçisi Pyetro Qedin millimizlə və İtaliyayla oyunlar üçün 27 futbolçuya dəvət göndərib.

Heyətdə 4 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.

Xatırladaq ki, Malta və Azərbaycan yığmaları sentyabrın 6-da, Maltanın Ta Qali stadionunda üz-üzə gələcək.

Qapıçılar: Henri Bonello (Valletta), Castin Haber (Birkirkara), Endryu Hoq (AEL, Kipr), Qlenn Zammitt (Slima);

Müdafiəçilər: Andrei Aqius, Kleyton Falila (hər ikisi "Hibernians"), Stiv Borq (AİPS, Kipr), Rayan Kamilleri, Conatan Karuana (hər ikisi "Valletta"), Aleks Çini (Pambrok), Aleks Muskat (Slima), Zek Muskat, Yozef Zerafa (hər ikisi "Birkirkara");

Yarımmüdafiəçilər: Ayrton Azzopardi (Tarxien), Roderik Briffa (Valletta), Endryu Kohen, Byorn Kristensen (hər ikisi "Hibernians"), Pol Fenek, Rouen Muskat, Qaret Skiberras (hamısı "Birkirkara"), Dilan Qrima (Baltsan), Stiv Pisani (Floriana);

Hücumçular: Alfred Effionq (Baltsan), Mihael Mifsud (Slima), Jan Pyer Mifsud Triqanza (Valletta), Andre Şembri ("Omoniya", Kipr), Terrens Vella (Birkrikara).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm