Qazaxlar Çempionlar Liqasında tarix yazdı
Bizi izləyin

İdman

Qazaxlar Çempionlar Liqasında tarix yazdı

Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, bu gün baş tutan 5 oyunla qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Günün ən maraqlı oyunlarından biri Moskvada keçirilib. Burda yerli ÇSKA "Sportinq"i 3:1 hesabıyla məğlub edərək qrup mərhələsinə vəsiqə qazanıb.

Qazaxıstan "Astana"sı isə səfərdə APOEL-lə qarşılaşıb. İlk oyunda evdə 1:0 hesabıyla qalib gələn qazaxlar, Kiprdəki oyunda 1:1 hesablı bərabərliyə nail olaraq, tarix yazıb. Belə ki, ilk dəfə Qazaxıstan klubu qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

26 avqust

APOEL (Kipr) - Astana (Qazaxıstan) 1:1 (ilk oyun 0:1)

Ştiliç, 60 - Maksimoviç, 85.

ÇSKA (Rusiya) - Sportinq (Portuqaliya) 3:1 (1:2)

Dumbia, 50; 73. Musa, 87. - Qutyerres, 36.

Qırmızı vərəqə: Joao Mario (Sportinq), 92.

Partizan (Serbiya) - BATE (Belarus) 2:1 (0:1)

Petroviç, 74. Saponiç, 90 - Staseviç, 25.

Bayer (Almaniya) - Latsio (İtaliya) 3:0 (0:1)

Hakan Çalhanoğlu, 40. Mehmedi, 49. Bellarabi, 89.

Qırmızı vərəqə: Maurisio (Latsio), 69.

Brügge (Belçika) - Mançester Yunayted (İngiltərə) 0:4 (1:3)

Runi, 20; 49; 56. Errera, 63.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm