“Qarabağ” Avroliqanın qrup mərhələsində - FOTOLAR
Bizi izləyin

İdman

“Qarabağ” Avroliqanın qrup mərhələsində - FOTOLAR

Oyunun 71-ci dəqiqəsində meydanda Əfran İsmayılovu əvəz edən Raydel Pupon rəqib qapıçı ilə təkbətək qalsa da topu, düz onun üstünə vurub. Oyunun 85-ci dəqiqəsində isə künc zərbəsindən sonra qapıçının dəf etdiyi topa Coşqun Diniyevin yaxın məsafədən zərbəsi dəqiq olmayıb. Qalan vaxt ərzində və əsas hissəyə əlavə edilən 3 dəqiqədə hesab dəyişməyib və “Qarabağ” 3:0 hesabı ilə qalib gəlib.

Beləliklə, İsveçrənin “Yanq Boyz” kollektivini iki oyunun nəticəsinə görə 4:0 hesabı ilə məğlub edən “Qarabağ” komandası tarixində ikinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.

22:24

Oyunun 61-ci dəqiqəsində künc zərbəsindən sonra başlanan hücumda Riçard Almeydanın ideal ötürməsindən sonra Əfran İsmayılov “Qaraba”ğın üçüncü qolunu rəqib komandasının qapısından keçirib – 3:0.

21:47

Beləliklə, “Qarabağ” komandası “Yanq Boyz” ilə qarşılaşmada fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

21:45

Fasiləyə 2 dəqiqə qalmış rəqibin müdafiə xəttinin səhvindən məharətlə istifadə edən Reynaldo nəhayət istəyinə çataraq hesab arasındakı fərqi iki topa çatdırıb – 2:0.

21:07

Oyunun 3-cü dəqiqəsində Reynaldoya qarşı kobudluğa görə “Yanq Boyz” komandasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edilib.

Zərbəni dəqiq yerinə yetirən Riçard Almeyda “Qarabağ”ı hesabda irəli çıxarıb – 1:0.

Rəqib komandanın futbolçusu Leonardo Bertone qırmızı vərəqə ilə cəzalandırılıb.

18:30

Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, baş tutacaq 22 oyundan sonra qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

Çempionlar Liqasından fərqli olaraq, Avropa Liqasının bütün oyunları eyni gündə keçiriləcək. Təmsilçilərimizdən "Qarabağ" öz meydanında "Yanq Boyz"la, "Qəbələ" isə səfərdə "Panatinaikos"la qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü sabah, İsveçrənin Nyon şəhərində keçiriləcək.

Avropa Liqası, pley-off mərhələsi, cavab oyunları

27 avqust

21:00 Qarabağ (Azərbaycan) – Yanq Boyz (İsveçrə) 3:0 (İlk oyun – 1:0)

Almeyda, 5-p. Reynaldo, 43. Əfran İsmayılov, 62.
Qırmızı vərəqə: Bertone, 4.

Baş hakim: Gediminas Majeyka (Litva)

Yan xətt hakimləri: Vitautas Simkus, Vitenis Kazlauskas (hər ikisi Litva)

Ehtiyat hakim: Sergeyus Sliva (Litva)

Hakim inspektor: Miroslav Vitkoviç (Xorvatiya)

UEFA nümayəndəsi: Stirbyotn Oskarsson (Finlandiya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm