Bu gün qrup mərhələsinin püşkü atılacaq – ÇL-də
Bizi izləyin

İdman

Bu gün qrup mərhələsinin püşkü atılacaq – ÇL-də

Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Artıq səbətlər də məlumdur.

Publika.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsinin püşkü bu gün atılacaq. Monakoda yerləşən “Qrimaldi Forum” sarayında baş tutacaq mərasim Bakı vaxtilə 20:45-də başlayacaq. Tədbiri əfsanəvi danimarkalı qapıçı Peter Şmeyhel və Melani Viniqer idarə edəcək.

Səbətləri təqdim etməmişdən əvvəl bir daha xatırladaq ki, bu mərhələdə 32 komanda iştirak edəcək. Onlardan 22-si birbaşa qrupa düşüb. Qalan 10-u isə təsnifatdan gələnlərdir.

Komandalar cəmi 4 səbətə bölünüb. 1-ci səbətdə turnirin son qalibi və 7 aparıcı çempionatın qalibləri yer alıb. Digər 3 səbət isə klubların reytinqinə görə müəyyənləşib.

Hər 1rupda hər səbətdən bir komanda yer alacaq. Eyni ölkəni təmsil edən, həmçinin Rusiya və Ukrayna klublarının eyni qrupa düşməsi mümkün deyil.

1-ci səbət

Barselona, Çelsi, Bavariya, Yuventus, Benfika, PSJ, Zenit, PSV.

2-ci səbət

Real, Atletiko, Portu, Arsenal, Mançester Y, Valensiya, Bayer, Mançester S

3-cü səbət

Şaxtyor, Sevilya, Lion, Dinamo K, Olimpiakos, ÇSKA M, Qalatasaray, Roma

4-cü səbət

BATE, Borussiya M, Volfsburq, Dinamo Z, Makkabi T-Ə, Gent, Malmö, Astana

Oxumağa davam et
Reklam
Reklam

Gündəm