Əfsanəvi futbolçudan ittiham: “Onları pul, avtomobil və qadınlar düşündürür”
Bizi izləyin

İdman

Əfsanəvi futbolçudan ittiham: “Onları pul, avtomobil və qadınlar düşündürür”

Əfsanəvi futbolçudan ittiham: “Onları pul, avtomobil və qadınlar düşündürür”

“Milan”ın əfasnəvi futbolçusu Corc Vea “Atletiko” ilə oyundan sonra sabiq komanadasında çıxış edən futbolçuları kəskin tənqid edib.

Vea “Milan”ın futbolçularını qeyri-peşəkar olmaqda ittiham edib: “Qəzetlərdə ancaq Zeedorfdan yazırlar. Ancaq onun “Atletiko” ilə oyunda taktiki cəhətdən hansısa səhvə yol verdiyini güman etmirəm.

Problem futbolçulardadı. “Milan”ın hazırkı futbolçularının başının yerində ayaq, ayaqlarının yerində baş durub. Onları puldan, avtomobildən və qadınlardan başqa heç nə düşündürmür.

Mən Afrikada pul almırdım, meydana çıxıb oynayırdım. Çünki məni futboldan başqa heç nə düşündürmürdü. Topla yatırdım, topla yeyirdim.

“Milan”ın oyunçuları futbol oynaya bilmirlərsə, özlərinə PlayStation aparatı alsınlar. “Milan mənim ailəmdi, onu hər vaxt müdafiə edəcəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm