“Qarabağ” - “Yanq Boyz” oyununa 20 min bilet satılıb
Bizi izləyin

İdman

“Qarabağ” - “Yanq Boyz” oyununa 20 min bilet satılıb

Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" - "Yanq Boyz" matçı keçiriləcək.

Publika.az xəbər verir ki, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək matça maraq böyükdür. "Qarabağ"ın mətbuat xidmətindən aldığımız məlumata görə, bu saata kimi oyuna 20 min bilet satılıb.

İsveçrədə keçirilən ilk oyunda "Qarabağ" "Yanq Boyz"u 1:0 hesabıyla məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm