Ronaldonun 18,5 milyon dollarlıq evi - FOTOLAR
Bizi izləyin

İdman

Ronaldonun 18,5 milyon dollarlıq evi - FOTOLAR

“Bozun 50 çaları” kimi tanınan evi Real Madridin hücumçusu Kriştiano Ronaldo alıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həmin mənzil E.L.Ceymsin ilham mənbəyi kimi tanınır. Belə ki, o, “Bozun 50 çaları” romanını məhz bu evdən ilhamlanaraq yazıb.

Dünya şöhrətli futbolçu Manhettanda yerləşən lüks mənzili 18,5 milyon dollara alıb. Məşhur ulduz bundan sonra yeni evində yaşamağı planlaşdırır.

30 yaşlı futbolçunun yeni mənzili “Trump Tower”-in ən üst qatında yerləşir.

233 kvadratmetrlik dairənin bütün otaqlarının pəncərələri Mərkəzi Park və Hudson Çayına baxır.

Ev üç yataq otağı, iki hamam və geniş fitness zaldan ibarətdir.

Mənzili dünya şöhrətli dizayner Xuan Pablo Molyneux dizayn edib.

“Forbes” jurnalının məlumatına görə, dünyanın ən bahalı futbolçusu olan Ronaldo bundan sonra Manhettanın ən nüfuzlu küçəsində yaşayacaq.

Xatırladaq ki, futbolçunun “Real Madrid”lə müqaviləsi 2018-ci ildə başa çatacaq. İddia olunur ki, Ronaldo karyerasını bundan sonra Amerikada davam etdirmək istəyir. Nyu-Yorkda belə bir mənzilə investisiya yatırması da məhz bu amillə izah oluna bilər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm