UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atıldı - CƏDVƏL
Bizi izləyin

İdman

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atıldı - CƏDVƏL

Avqustun 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, UEFA Çempionlar Liqasında çıxış edəcək 32 komanda aşağıdakı qruplarda mübarizə aparacaq:

“A” qrupu: “Paris Sen-Jermen” (Fransa), “Real” (Madrid, İspaniya), “Şaxtyor” (Donetsk, Ukrayna) və “Malmö” (İsveç).

“B” qrupu: “PSV” (Niderland), “Mançester Yunayted” (İngiltərə), “CSKA” (Moskva, Rusiya) və “Volfsburq” (Almaniya).

“C” qrupu: “Benfika” (Portuqaliya), “Atletiko Madrid” (İspaniya), “Qalatasaray” (Türkiyə) və “Astana” (Qazaxıstan).

“D” qrupu: “Yuventus” (İtaliya), “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya) və “Münhenqladbax” (Almaniya).

“E” qrupu: “Barselona” (İspaniya”, “Leverkuzen” (Almaniya), “Roma” (İtaliya) və “BATE” (Belarus).

“F” qrupu: “Bavariya” (Almaniya”, “Arsenal” (İngiltərə), “Olimpiakos” (Yunanıstan) və “Dinamo Zaqreb” (Xorvatiya).

“G” qrupu: “Çelsi” (İngiltərə), “Portu” (Portuqaliya), “Dinamo” (Kiyev, Ukrayna) və “Tel-Aviv” (İsrail).

“H” qrupu: “Zenit” (Rusiya), “Valensiya” (İspaniya), “Olimpiq Lion” (Fransa) və “Gent” (Belçika).

Qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinin ilk oyunları sentyabrın 15-16-da keçiriləcək. Bu mərhələnin oyunlarına dekabrın 8-9-da yekun vurulacaq. Qruplarda ilk iki sırada yer alan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

UEFA Çempionlar Liqasının 2015-2016-cı il mövsümünün final qarşılaşması Milandakı “San-Siro” stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm