Eurosport “Qarabağ”ın uğurunu işıqlandırdı, amma...
Bizi izləyin

İdman

Eurosport “Qarabağ”ın uğurunu işıqlandırdı, amma...

27 avqust Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazıldı. Belə ki, ilk dəfədir ki, iki komandamız ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edəcək.

Dünən keçirilən cavab oyunlarından sonra “Qəbələ” və “Qarabağ” Avropanın güclüləri sırasına düşməyi bacardı.

Bu qələbə hətta Avropanın ən nüfuzlu nəşrlərinin də diqqətindən yayınmayıb.

Publika.az xəbər verir ki, eurosport.com.tr saytı “Qarabağ”ın ardıcıl ikinci dəfə qrup mərhələsinə düşməsini qeyd edib. İlk oyunda səfərdə “Yanq Boys”u (İsveçrə) 1-0 hesabı ilə məğlub edib mərhələnin taleyini böyük ölçüdə həll edən təmsilçimiz cavab görüşündə böyük üstünlüklə qalib gəldi – 3:0.

Amma avropalı həmkarlarımız cüzi yanlışlığa yol veriblər. Belə ki, oyunun “Quzanlı Olimpiya stadionu”nda keçirildiyi yazılıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin püşkatması bu gün saat 16:00-da atılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm