Rövnəq Abdullayev “Qəbələ” və “Qarabağ”ı təbrik etdi
Bizi izləyin

İdman

Rövnəq Abdullayev “Qəbələ” və “Qarabağ”ı təbrik etdi

AFFA prezidenti Rövnəq Abdullayev "Qarabağ" və "Qəbələ" klublarının Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə bağlı fikirlərini bildirib.

Publika.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, R.Abdullayev hər iki klubu təbrik edib. O bildirib ki, "Qarabağ" və "Qəbələ" klublarının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixində yeni mərhələnin başlanğıcını qoyub:

"Ümid edirəm ki, bu başlanğıc davamlı və uğurlu olacaq. İlk dəfədir ki, bir mövsümdə iki klubumuz qitənin ən nüfuzlu turnirlərindən birinin qrup mərhələsinə yüksəlir".

R.Abdullayev ölkənin futbol ictimaiyyətinə, azarkeşlərə böyük sevinc hissi yaşadan "Qarabağ" və "Qəbələ" klublarını təbrik edib, onlara qarşıdakı oyunlarda qələbə sevinci və qrup mərhələsinin püşkatmasında münasib rəqiblər arzu edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm