Ermənistan millisinin üzvü Azərbaycana gələcək?!
Bizi izləyin

İdman

Ermənistan millisinin üzvü Azərbaycana gələcək?!

Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtilə saat 16:00-da Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

Publika.az-ın məlumatına görə, Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” və “Qəbələ” futbol klublarının qrupdakı rəqiblərinin adları məlum olub. Belə ki, J qrupunda mübarizə aparacaq “Qarabağ”ın rəqibləri “Tottenhem”, “Anderlext”, “Monako”, C qrupunda isə “Qəbələ”nin rəqibləri “Borussiya D”, “PAOK” və “Krasnodar” klubları olub.

Qeyd edək ki, qrupda “Qəbələ”yə rəqib düşən Dortmund “Borussiya”sının heyətində Ermənistan millisinin üzvü Henrix Mxitaryan da var. Komandalar arasında keçiriləcək oyunda iştirak etmək üçün bu erməni futbolçunun da Azərbaycana gəlməsi gözlənilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm