“Neftçi”də yeni transfer – Antonio Kinta - FOTO
Bizi izləyin

İdman

“Neftçi”də yeni transfer – Antonio Kinta - FOTO

“Neftçi” futbol klubu hücumçu Antonio Quinta (Anyete) ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, ispan futbolçu 2015/2016 mövsümünün sonunadək komandamızın formasını geyinəcək.

Qeyd edək ki, “Real Sosyedad” klubunun (2004-2008) yetirməsi olan Anyete İspaniyanın “Koria” (2008-2009), “San Roke” (2009-2010), “Real Xaen” (2010-2011), “Seuta” (2011-2012), Yunanıstanın “Olimpiakos Volos” (2012-2013), “Niki Volos” (2013-2014) və Bolqarıstanın “Levski” (2014-2015) klubunda çıxış edib. Hücumçu son mövsümdə “Levski”nin heyətində 28 oyunda 14 qol vurub.

Anyete keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:

“Çox xoşbəxtəm. Uzun danışıqlardan sonra artıq deyə bilərəm ki, “Neftçi”nin futbolçusu oldum və bununla qürur duyuram. Komanda ilə bağlı bəzi məlumatlarım var. Artıq bilirəm ki, böyük tarixə malik olan “Neftçi” ölkənin ən yaxşı komandalarından biridir. Harada olduğumu anlayıram. Bu mənim üçün yeni təcrübədir. Burada olduğum üçün qürur hissi keçirirəm. Azarkeşlərin oyunumdan razı qalmaqaları üçün əlimdən gələni edəcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm