Qurban Qurbanov: “Hamı üçün maraqlı olacaq”
Bizi izləyin

İdman

Qurban Qurbanov: “Hamı üçün maraqlı olacaq”

Ardıcıl 2-ci mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qarabağ” qrup mərhələsində “Monako” (Fransa), “Anderlext” (Belçika), “Tottenhem”lə (İngiltərə) mübarizə aparacaq.

Publika.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov püşkdən sonra qrupu dəyərləndirib:

“Rəqiblər haqqında deyə bilərəm ki, hər birinin dünya futbolunda yeri bəllidir. Qismətimizdə bu rəqiblərlə qarşılaşmaq var imiş. Belə rəqiblərlə qarşılaşmaq, onların Bakıya gəlməsi həm də komanda, azarkeşlər üçün də maraqlı olacaq. Bu kimi komandalar eyni zamanda ölkə futbolunda yeni marağın yaranmasına səbəb olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm