Ata və oğul həbsdən çıxıb ev dustağı oldular
Bizi izləyin

İdman

Ata və oğul həbsdən çıxıb ev dustağı oldular

FİFA-da həyata keçirilən korrupsiya əməliyyatı zamanı həbs olunanlardan daha ikisi azadlığa buraxılıb. Ancaq məhkəmənin qərarı ilə 70 yaşlı Uqo Cinkis və onun 40 yaşlı oğlu Mariano həbsxanadan çıxsalar da, ev dustağı olacaqlar.

Publika.az xəbər verir ki, Buenos-Ayres məhkəməsi ABŞ prokurorluğunun ekstradisiya ilə bağlı qərarını qəbul etməyib. Prokurorluq əməkdaşlarına yetərli dəlillər toplamaq üçün daha 30 gün vaxt verilib.

Bu müddət ərzində ata və oğul ev dustağı olacaq. Onlar evi 24 saatdan artıq müddətə tərk edə bilməzlər. Bundan əlavə, məhkəmənin icazəsi olmadan Buenos-Ayresdən 60 km kənara belə getmələrinə icazə yoxdur.

Qeyd edək ki, argentinalı ata və oğul korrupsiya ilə bağlı məsələdə vasitəçilik etməkdə ittiham olunurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm