Qurbanova qızıl medal qazandı
Bizi izləyin

İdman

Qurbanova qızıl medal qazandı

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, avqustun 27-28-də yeniyetmə qızlar mübarizəyə qoşulub. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlizadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) ölkəmizi təmsil edir.

Çempionatın üçüncü günündə mübarizə aparan qızlarımız 2 bürünc (Zelfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq)) medal qazanıb.

Yarışların dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəkidə yeniyetmə qızlar yarışıb. Azərbaycan yığması yalnız 52 kq çəki dərəcəsində təmsil olunub.

Güləşçimiz Leyla Qurbanova qızıl medal qazanıb. 52 kq-da mübarizə aparan güləşçimiz Leyla Qurbanova bütün rəqiblərini üstələyək finala yüksəlib. Finala qədər təmsilçimiz ABŞ, Yaponiya, Polşa və Hindistan idmançılarını mübarizədən kənarlaşdırıb. Finalda Leyla Rusiyadan olan rəqibinə də təmiz qələbə ilə qalib gələrək dünya çempionatının qızıl medalına yiyələnib. Məlumat üçün bildirək ki, bir neçə gün öncə gənclərin dünya çempionatında 51 kq çəki dərəcəsində yarışlarda iştirak edən Leyla Qurbanova bütün rəqiblərindən üstün olub və gənclər arasında dünya çempionu adını qazanıb.

52 kq

1/16 final - Qreysi Fiqueroa (ABŞ) - Leyla Qurbanova 3:4

1/8 final - Sae Nanjo (JPN) - Leyla Qurbanova 4:5

1/4 final - Alcija Czyzovicz (POL) - Leyla Qurbanova 0:6

1/2 final - Reena Reena (İND) - Leyla Qurbanova 0:4 (təmiz qələbə)

FİNAL - Aleksandra Nitsenko (RUS) - Leyla Qurbanova 0:6 (təmiz qələbə)

Xatırladaq ki, Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov (42 kq), Xancavad Məcidzadə (50 kq), Ülvi Qənizadə (69 kq)) medalla başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm