"Qəbələ"nin təqvimi bəlli oldu
Bizi izləyin

İdman

"Qəbələ"nin təqvimi bəlli oldu

"Qəbələ"nin Avroliqanın qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub.

Publika.az-ın məlumatına görə, Monakoda keçirilmiş püşkatmanın nəticələrinə əsasən, C qrupunda yer alan "qırmızı-qaralar” Avrokubokların əsas mərhələsində debütünü evdə gerçəkləşdirəcək. "Qırmızı-qaralar" rəqiblərini "Bakcell Arena"da qəbul edəcək.

Azərbaycan təmsilçisi sentyabrın 17-də Yunanıstan PAOK-unu qəbul edəcək. 2 həftə sonra Rusiyada "Krasnodar”ın qonağı olacaq "Qəbələ” ardınca Almaniyanın "Borussiya” (Dortmund) komandası ilə ardıcıl 2 matçda qüvvəsini sınayacaq. V turda Yunanıstana yollanacaq Roman Qriqorçukun komandası mərhələni krasnodarlılarla ev oyunu ilə tamamlayacaq.

Qeyd edək ki, “qırmızı-qaralar”ın ev oyunlarının baş tutacağı "Bakcell Arena"nın ot örtüyü Azərbaycan və Xorvatiya yığmaları arasında keçiriləcək AVRO-2016-nın seçmə qrup matçına hazırlanır. Millilərin görüşü sentyabrın 3-də baş tutacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi

C qrupu

I tur, 17 sentyabr

"Qəbələ” – PAOK (Yunanıstan)

II tur, 1 oktaybr

"Krasnodar” (Rusiya) – "Qəbələ”

III tur, 22 oktyabr

"Qəbələ” – "Borussiya” (Dortmund, Almaniya)

IV tur, 5 noyabr

"Borussiya” (Dortmund, Almaniya) - "Qəbələ”

V tur, 26 noyabr

PAOK (Yunanıstan) - "Qəbələ”

VI tur, 10 dekabr

"Qəbələ” - "Krasnodar” (Rusiya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm