• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

"Qarabağ"a qarşı ayrı-seçkilik edilir?

  • İdman
  • 29 Avqust 2015 17:11
  • 690 Baxış
"Qarabağ"a qarşı ayrı-seçkilik edilir?

Avroliqada "Qarabağ"la eyni qrupda mübarizə aparacaq "Anderlext" indidən ev oyunları üçün biletlərin qiymətləri barədə məlumat yayıb.

Pubika.az xəbər verir ki, "Anderlext" qrupda mübarizə aparacaqları komandalardan "Tottenhem" və "Monako" üçün bir, "Qarabağ" üçün isə başqa qiymət qoyub.

Belə ki, "Anderlext"in "Monako" və Tottenhem"lə "Konstant Vanden"dəki oyununu izləmək istəyənlər ən azı 30 avrodan keçəcəklər. Bu komandalarla oyunlar üçün satılacaq ən baha biletlərin qiyməti isə 70 avro təşkil edir.

Maraqlıdır ki, belçikalılar "Qarabağ"la oyunların biletlərinə daha ucuz qiymət təyin edib. Belə ki, ağdamlıların belçikalılarla "Koinstant Vanden"dəki oyununu izləmək istəyənlər 20-45 avrosundan keçməli olacaqlar.

Qeyd edək ki, "Qarabağ" və "Anderlext" arasında Belçikada keçiriləcək oyun dekabrın 10-da baş tutacaq. Görüş yerli vaxtla saat 21:05-də start götürəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR