İdman
Cüdoçularımızdan növbəti biabırçılıq
Cüdoçularımız demək olar ki, hər yarışda olduğu kimi bu dəfə də fiaskoya uğrayıblar. Qazaxıstanın paytaxtı Astanada cüdoçular arasında keçirilən dünya çempionatı millimiz üçün uğursuzluqla başa çatıb.
Publika.az xəbər verir ki, çempionatın son günündə tatamiyə çıxan Azərbaycan yığmasının iki üzvü də ümidləri doğrultmayıb. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Elmar Qasımovla Elxan Məmmədov medal həsrətində olan millimizin uğursuzluğuna son qoymağa çalışsalar da, bunu bacarmayıblar. Onların hər ikisi 1/8 finalda dünya çempionatı ilə vidalaşıblar.
Qeyd edək ki, yarışın əvvəlki günlərində Nicat Şıxəlizadə, Hidayət Heydərov (hər ikisi 66 kq), Hüseyn Rəhimli (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) məğlubiyyətə üzülmüşdülər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!