İdman
“Qarabağ” komandasının rəqibi ötən mövsüm necə çıxış edib?
UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Ağdamın “Qarabağ” komandasının rəqibi olan “Tottenhem” bu mərhələdə beş dəfə çıxış edib.
İngiltərə klubu 2014/15-ci il mövsümündə Türkiyənin “Beşiktaş”, Yunanıstanın “Asteras” və Serbiyanın “Partizan” kollektivləri ilə birlikdə UEFA Avropa Liqası yarışlarında “C” qrupunda yer almışdı. Qrupun ilk oyununda “Partizan”, ikinci turunda isə “Beşiktaş”la heç-heçə edən “Tottenhem” “Asteras”a hər iki görüşdə və “Partizan”a cavab qarşılaşmasında qalib gəlib. Türkiyə səfərində isə məğlub olaraq qrup yarışlarını 11 xalla ikinci pillədə başa vurub. Növbəti mərhələdə ümumi hesabda İtaliyanın “Fiorentina” komandasına 3:1 hesabı ilə uduzaraq” Avroliqada mübarizəni dayandırıb.
London klubu 2015/16-cı il mövsümündə Premyer Liqaya yaxşı başlamayıb. İlk üç oyunda cəmi 2 xal toplayan klub turnir cədvəlində 16-cı pillədə qərarlaşır. İlk oyunda “Mançester United”a 1:0 hesabı ilə məğlub olan “Tottenhem” bunun ardınca “Stoke Siti” ilə oyunda 2:2, “Lester Siti” ilə oyunda isə 1:1 hesablı heç-heçə ilə kifayətlənməli olub.
Argentinalı Maurisio Poçettinonun baş məşqçi olduğu “Tottenhem”in heyətində “Monako”, “Arsenal”, “Mançester City” və “Real Madrid” kimi klubların şərəfini qorumuş toqolu hücumçu Emmanuel Adebayor və İngiltərə milli komandasının hücumçusu Aaron Lennon kimi təcrübəli futbolçular yer alır. İngilis klubu “Bayer” (Leverkuzen, Almaniya) və Koreya milli komandasının oyunçusu Son Xin-Mini təxminən 22 milyon avro müqabilində transfer edib.
Avqustun 29-da Premyer Liqanın dördüncü turu çərçivəsində öz meydanında “Everton”la qarşılaşan “Tottenhem” rəqibin qapısına yol tapa bilməyib və üçüncü heç-heçəsini edib.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO