Zlatan İbrahimoviç Azərbaycana gəlib
Bizi izləyin

İdman

Zlatan İbrahimoviç Azərbaycana gəlib

Zlatan İbrahimoviç Azərbaycana gəlib

Yəqin ki çoxlarınız “Zlatan İbrahimoviç Azərbaycanda olub” sualına “yox” cavabı verərdi.

Sizləri qınamırıq. PSJ-nin ulduzu İsveç millisinin formasını geyinməyə başlayandan bəri millimiz bu yığma ilə eyni qrupda yer almayıb. Hansısa klubumuz da Avrokuboklarda ulduz futbolçunun oynadığı klubla üz-üzə gəlməyib. Publika.az xəbər verir ki, bütün bunlara rəğmən, dünya futbolunun ulduzu Azərbaycanda olub. İbrahimoviç 2000-ci ilin sentyabrında ölkəmizə gəlib.

O vaxt 19 yaşlı Zlatan İsveçin U-21 millisinin şərəfini qoruyurdu. Millimiz isə DÇ-2002-nin seçmə qrupunda isveçlilərlə birgə yer almışdı. Həmin vaxt format elə idi ki, əsas millilərinin oyunundan bir gün öncə olimpiyaçılar meydana çıxırdı. Azərbaycanın U-21 millisi sözügedən dövrdə ev oyunlarnı Sumqayıtda keçirirdi.

2002-ci ilin sentyabrında İsveçin U-21 millisinin heyətində Zlatan İbrahimoviç də Mehdi Hüseynzadə adına stadionda millimizə qarşı oyunda forma geyinib. İsveçin 5:0 hesabı ilə qalib gəldiyi oyunda qonaqların 5-ci qoluna məhz İbrahimoviç imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm