Azərbaycan - Xorvatiya matçını fransızlar idarə edəcək
Bizi izləyin

İdman

Azərbaycan - Xorvatiya matçını fransızlar idarə edəcək

AÇ-2016-nın seçmə qrup mərhələsində Azərbaycan və Xorvatiya yığmaları arasında sentyabrın 3-də Bakıda keçiriləcək görüşə bütün təyinatlar açıqlanıb.

Publika.az xəbər verir ki, oyun Fransadan olan hakimlərə həvalə olunub.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya qarşılaşması saat 21:00-da start götürəcək. Robert Prosineçkinin baş məşqçisi olduğu Azərbaycan millisi 6 oyundan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb.

3 sentyabr

21:00 Azərbaycan – Xorvatiya

Baş hakim: Ruddi Buke

Yan xətt hakimləri: Jiyom Debar, Siril Qrinqor

Əlavə köməkçi hakimlər: Fredi Fotrel, Amori Delerü

Dördüncü hakim: Jan Filipp

UEFA nümayəndəsi: Jan-Fransua Kruk (Belçika)

Hakim-inspektor: Vitor Melo Pereyra (Portuqaliyalı)

Hakimlər arasında əlaqələndirici: Orxan Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm