Azərbaycanda işləmiş məşqçi Useyn Boltu futbola gətirir
Bizi izləyin

İdman

Azərbaycanda işləmiş məşqçi Useyn Boltu futbola gətirir

Azərbaycanda işləmiş məşqçi Useyn Boltu futbola gətirir

Yamayka yığmasının baş məşqçisi Vinfrid Şefer bir neçə ildən sonra Useyn Boltun xidmətindən yararlana biləcəyini deyib.

“Bakı”nın keçmiş baş məşqçisi 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarından sonra Boltun futbolçu karyerasına başlaya biləcəyinə işarə edib.

Məsələyə Boltun da reaksiyası maraqlı olub. Məşhur atlet “instaqram”dakı səhifəsində Şeferin fikirlərinin yer aldığı jurnalın üz səhifəsinin şəklini yerləşdirib və “Yamayka, biz necə görünürük?

Biz dünyaya hər şeyin mümkün ola biləcəyini göstərmək istəyirik” yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm