• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Günəşli Batumidə medalların işıltısı

  • İdman
  • 1 Sentyabr 2015 14:30
  • 255 Baxış
Günəşli Batumidə medalların işıltısı

Yay günlərində turistlərin axın etdiyi Gürcüstanın kurort şəhəri olan Batumi artıq ikinci ildir ki idman gimnastikası üzrə beynəlxalq yarışa ev sahibliyi edir.

Publika.az xəbər verir ki, bu il ölkəmizi bu yarışda qadın idman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edib.

İdmançılarımız yalnız Rusiya yığmasına məğlub olaraq, komanda hesabında gümüş medal əldə edib. Yarışın ev sahibləri isə 3-cü yerə layiq görülüblər.

Marina Nekrasova şəxsi hesabına 4 bürünc medal yazmaqla fərqlənib. O, çoxnövçülükdə, dayaqla tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlərdə 3-cü yerdə qərarlaşıb.

Digər təmsilçimiz Yuliya İnşına isə gimnastika tirində bürünc medal qazanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR