Ulduz idmançı xəstəliyinə görə 28 milyon dollar qazanıb
Bizi izləyin

İdman

Ulduz idmançı xəstəliyinə görə 28 milyon dollar qazanıb

Ulduz idmançı xəstəliyinə görə 28 milyon dollar qazanıb

“Leykers” klubunun lideri Kobi Brayantın zədəsi NBA tarixinin ən bahalı zədəsi hesab olunur.

Publika.az xəbər verir ki, NBA-nın beşqat çempionu Brayant dabanındakı vətərlərin bərpası üçün 8 ay müalicə alıb. İdmana qayıtdığı gündən 1 həftə sonra, 17 dekabrda o, yenə zədələnib.

Bu dəfə ona sol dizindəki baldır sümüyünün sınığı diaqnozu qoyulub. 21 fevralda isə məlum oldu ki, dizindəki soyuqdəyməyə görə idmançının yenidən meydana qayıtması üçün 3 həftə gərəkdir. Martın 11-də isə basketbolçunun mövsümün sonuna kimi oynamayacağı məlum oldu.

“Leykers” klubundan aldığı illik məvacibi 30 milyon dollar olan Brayant zədəyə görə mövsümün 76 oyununu buraxıb. Bu vaxt xəstəlik məzuniyyətində olan oyunçu klubdan 28 milyon dollar alıb. Mövsümün 6 oyununda keçirtdiyi 177 dəqiqəyə görə 172 min dollar qazanıb. Bu isə faktiki olaraq 1 dəqiqəyə 1000 dollar deməkdir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm