İdman
“Real”ın “motor”u: “Azərbaycanla görüş asan olmayacaq”
Sentyabrın 3-də Azərbaycan millisi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Rəqib Xorvatiya yığmasıdır. Heyətində dünya səviyyəli ulduzlar olan komandayla ilk qarşılaşmada aldığımız 0:6 hesablı məğlubiyyət hələ yaddan çıxmayıb.
Publika.az xəbər verir ki, qonaqların ən təcrübəli futbolçularından biri, “Real”ın yarımmüdafiə xəttinin “motor”u hesab edilən Luka Modriç Bakıdakı qarşılaşmanın heç də asan keçəcəyini düşünmür.
Ulduz futbolçu seçmə mərhələdə qarşıdakı Azərbaycan və Norveçlə görüşlər haqda fikirlərini bildirib:
“Bizi iki çətin səfər oyunu gözləyir. Həm Norveç, həm də Azərbaycanla görüşlər asan olmayacaq. Bu qarşılaşmaların hazırlıqlarına artıq start vermişik. Hesab edirəm ki, səfərdə oynamağımıza baxmayaraq, müsbət nəticə ilə qayıdacağıq”.
Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 3-də Azərbaycan, 6-da Norveçlə qarşılaşacaq.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı