Los-Anceles 2024-cü il olimpiadasına namizəddir
Bizi izləyin

İdman

Los-Anceles 2024-cü il olimpiadasına namizəddir

ABŞ-ın Los-Anceles şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyi irəli sürülüb.

Publika.az xəbər verir ki, sifariş ərizəsini ABŞ Milli Olimpiya Komitəsi və meqapolis meri təsdiqləyib.

Olimpiadanın təşkili və keçirilməsinə 5,8 milyard dollar vəsaitin sərf olunacağı gözlənilir. Los-Ancelesi Paris (Fransa), Roma (İtaliya), Budapeşt (Macarıstan) və Hamburq (Almaniya) şəhərləri ilə rəqabət gözləyir. Bu siyahıda Bakının da yer alıb-almayacağı hələlik məlum deyil. Ərizələr sentyabrın 15-dək qəbul olunacaq. Qalib şəhərin adı isə 2017-ci il sentyabrın 15-də Perunun paytaxtı Limada keçiriləcək Beynəlxalq Olimpiya Komitəsinin Sessiyasında açıqlanacaq.

Qeyd edək ki, ABŞ-ın qərbindəki nəhəng şəhərdə artıq 1932 və 1984-cü illərdə Yay Olimpiya Oyunları təşkil olunub. Növbəti olimpiadalar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində, 2020-ci ildə isə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm