“Qarabağ” və “Qəbələ”nin rəsmiləri İsveçrəyə çağırıldı
Bizi izləyin

İdman

“Qarabağ” və “Qəbələ”nin rəsmiləri İsveçrəyə çağırıldı

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" və "Qəbələ"nin mətbuat katibləri İsveçrənin Nyon şəhərinə çağırılıblar.

Publika.az xəbər verir ki, Nurlan İbrahimovla (Qarabağ) Anar Hacıyev (Qəbələ) sentyabrın 3-də işə başlayacaq UEFA-nın toplantısına qatılacaqlar.

İki gün davam edəcək toplantı avrokubokların qrup mərhələsində mübarizə aparacaq klubların mətbuat xidmətləri rəhbərlərinin iştirakı ilə baş tutacaq. İclasda oyunlar zamanı media ilə işin qurulması istiqamətində təlimlər keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm