“Arzuların teatrı” siçovul yuvasına çevrilib
Bizi izləyin

İdman

“Arzuların teatrı” siçovul yuvasına çevrilib

Dünyanın ən yaşlı və gözəl arenalarından sayılan, hətta gözəlliyinə görə “Arzuların teatrı” adını alan “Old Trafford” stadionu gigiyena komissiyasından yüksək bal ala bilməyib.

Publika.az xəbər verir ki, “Mançester Yunayted”in ev oyunlarını keçirdiyi bu stadion 5 ballıq şkalayla “4” alan iki arenadan biri olub.

Buna səbəb kompleksin ərazisində yerləşən “Red kafe”də siçovul yuvası aşkarlanmasıdır. Komissiya kafenin qapısı yaxınlığında xırda dəliklər müşahidə edib. Sonradan məlum olub ki, məhz bu dəliklər vasitəsilə siçovullar futbol meydançasına “yol çəkib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm