Dünya nəhənglərini üz-üzə qoyan ulduz - FOTOLAR
Bizi izləyin

İdman

Dünya nəhənglərini üz-üzə qoyan ulduz - FOTOLAR

Dünya nəhənglərini üz-üzə qoyan ulduz - FOTOLAR

“Mançester Yunayted”lə yollarını ayıracağı deyilən Robin Van Persi transfer təklifi yağmuruna tutulub. Publika.Az xəbər verir ki, futbolçu “Barselona” və “Monako”nun hədəfindədir.

Baş məşqçisi Devid Moyeslə münasibətləri pozulan Van Persinin mövsümün sonunda komandadan ayrılmaq istəməsi hər iki klubun işinə yarayıb. Belə ki, iki nəhəng klub futbolçunu heyətində görmək üçün yarışır. Hər iki klub futbolçu üçün yüksək məbləğdə pul təklif edir.

İddiaya görə, “Mançester Yunayted”in Van Persini satacağı yaxındır. 30 yaşlı futbolçunun mövsümün sonunda hansı qərarı verəcəyi də maraqla gözlənilir.

Qeyd edək ki, Persini “Arsenal” və “Yuventus” klubları da transfer etmək istəyir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm