“Facebook”dakı mübahisənin sonu – bara çağırıldı, güllələndi – FOTO/VİDEO
Bizi izləyin

İdman

“Facebook”dakı mübahisənin sonu – bara çağırıldı, güllələndi – FOTO/VİDEO

Boks aləminin məşhur simalarından sayılan Manuel Sarr dünən gecə saatlarında Almaniyanın Essen şəhərində güllələnib.

Publika.az xəbər verir ki, insident Essendə yerləşən türk barında baş verib. Hadisə şahidlərinin bildirdiyinə görə, 30 yaşlı Suriya əsilli alman idmançı qarın nahiyəsindən 4 güllə yarası alıb. Atəş açan şəxs hadisə yerindən qaça bilib.

Almaniyanın “Bild” nəşrinin iddiasına görə, münaqişə tərəflərin “Facebook”da bir-birinə nalayiq sözlər yazmasıyla başlayıb. Manuel “rəqibinə” Essendəki barda olduğunu bildirib. Hadisə yerinə gələn “qonaq” isə boksçuyla söz davasının alınmayacağını görərək silaha əl atıb.

Hazırda xəstəxanada olan Sarrın vəziyyəti əməliyyatdan sonra sabitləşib.

Sarr peşəkar karyerasında 28 qələbə (16-sı nokautla) qazanıb və 4 dəfə məğlub olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm