Milli həyəcan
Bizi izləyin

İdman

Milli həyəcan

Bu gün AÇ-2016-nın seçmə mərhələsinin A, B və H qruplarında növbəti oyunlar keçiriləcək.

Publika.az xəbər verir ki, günün ilk oyunu Bakıda - "Bakcell Arena"da baş tutacaq. Burda millimiz Xorvatiya yığmasını qəbul edəcək.

Günün ən maraqlı oyunlarından biri də Belçikada keçiriləcək. Hazırda B qrupunda ikinci pillədə qərarlaşan meydan sahibləri seçmə mərhələyə gözlənilmədən uğursuz start verən Bosniya və Herseqovina millisini qəbul edəcək.

A qrupunda mübarizə aparan Türkiyə millisi isə evdə Latviyanı sınağa çəkəcək. Bu qarşılaşma qardaş ölkə millisi üçün böyük əhəmiyyət daşıyır. Belə ki, hazırda hesabında 8 xal olan "ay-ulduzlular" Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün mütləq latışları məğlub etməlidir.

Heç kimin gözləmədiyi halda A qrupunun liderinə çevrilən İslandiya millisi isə səfərdə Hollandiya ilə qarşılaşacaq. Hollandlar Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə verən ilk iki pilləyə iddiasını davam etdirmək üçün evdə islandlardan 3 xal almağa çalışacaq.

AÇ-2016 seçmə mərhələsi

3 sentyabr

A qrupu

23:45 Türkiyə - Latviya

23:45 Hollandiya - İslandiya

23:45 Çexiya - Qazaxıstan

1. İslandiya - 15 (6), 2. Çexiya - 13 (6), 3. Hollandiya - 10 (6), 4. Türkiyə - 8 (6), 5. Latviya - 3 (6), 6. Qazaxıstan - 1 (6).

B qrupu

23:45 Belçika - Bosniya və Herseqovina

23:45 Kipr - Uels

23:45 İsrail - Andorra

1. Uels - 14 (6), 2. Belçika - 11 (6), 3. İsrail - 9 (6), 4. Kipr - 9 (6), 5. Bosniya və Herseqovina - 8 (6), 6. Andorra - 0 (6).

H qrupu

21:00 Azərbaycan - Xorvatiya

23:45 Bolqarıstan -Norveç

23:45 İtaliya - Malta

1. Xorvatiya - 14 (6), 2. İtaliya - 12 (6), 3. Norveç - 10 (6), 4. Bolqarıstan - 8 (6), 5. Azərbaycan - 4 (6), 6. Malta - 1 (6).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm