Şantaj həmişə məqsədə çatmağa kömək etmir
Bizi izləyin

İdman

Şantaj həmişə məqsədə çatmağa kömək etmir

2015/16 mövsümü üçün nəzərdə tutulan ilk transfer dövrünün əsas alıcı qüvvəsi İngiltərə klubları oldu. Elə yayın ən bahalı keçidi də Premyer Liqada qeydə alındı. Yeni futbolçulara milyonlar xərcləyən “Mançester Siti” “Volfsburq”un və Belçika millisinin üzvü Kevin De Bruyneyə 75 milyon avro pul saydı. Hələ Sterlinq və Otamendiyə verilən pulları nəzərə almırıq.

Bu faktdır ki, mövsümlərarası dövrün ən bahalı transferi məhz belçikalı futbolçu oldu. Amma rekord məbləğ daha böyük ola bilərdi. Son anda baş tutmayan keçidlər oldu.

Publika.az sizə bu yayın məhz son anda reallaşmayan böyük transferlərini təqdim edəcək.

1. David De Xeanın “Real”a keçidinin niyə alınmamasını artıq bütün dünya bilir.

2. Qaret Beylə görə “Mançester Yunayted” 100 milyon avro təklif edirdi. “Real” razılaşmadı.

3. Bastian Şvaynştaygerlə anlaşan MY daha bir dünya çempionu – Tomas Mülleri də heyətinə qatmaq istəyirdi. Yekunda alman futbolçu “Bavariya”da qaldı.

4. Con Stounz rəhbərlikdən onu “Çelsi”yə buraxmağı xahiş etsə də, “Everton” tərəfi qətiyyətlə “yox” dedi.

5. Edinson Kavani “Arsenal”da Olivye Jiruyla rəqabət aparmağa yaxın oldu. Nəticədə yenə Zlatan İbrahimoviçin yanında – PSJ-də oynayacaq.

6. Kərim Benzema da “Arsenal”ın mərkəz hücumçusu mövqeyinə əsas namizədlərdən sayılırdı.

7. Saydo Berainyo “Tottenhem”ə getmək üçün hətta şantaja da əl atdı, amma “Vest Bromviç” rəhbərliyi onu 20 milyon funta satmadı.

8. “Yuventus” Pol Poqbanı 75 milyon avro qarşılığında “Çelsi”yə buraxmadı.

9. Aksel Vitselin “Milan”a keçidi qışadək yubandı. “Zenit” əvəz tapmamış belçikalını buraxmaq istəmədi.

10. Ezekiel Qaray da “Çelsi”nin transfer siyahısına düşmüşdü. Yekunda “Zadəganlar” “Nant”dan Papi Cilobocini transfer etdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm