“Qəbələ”nin rəqibi 25 oyunçu sifariş etdi
Bizi izləyin

İdman

“Qəbələ”nin rəqibi 25 oyunçu sifariş etdi

Yunanıstanın PAOK klubu Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Publika.az xəbər verir ki, baş məşqçi İqor Tudor sifariş vərəqəsinə 25 futbolçu daxil edib. Onlardan dördü qapıçı, yeddisi müdafiəçi, on ikisi yarımmüdafiəçi, ikisi isə hücumçudur.

Qapıçılar: Robin Olsen, Nikos Melissas, Panayotis Qlikos, Marios Siampanis;

Müdafiəçilər: Yannis Skondras, Marin Leovats, Stelios Mazelas, Migel Vitor, Rikardu Koşta, Giorgos Tsavellas, Stelius Kitsiu;

Yarımmüdafiəçilər: Aleksandros Tsiolis, Eyal Qolasa, Robert Mak, Qoyko Tsimirot, Xaris Xarisis, Qarri Rodriqes, Erqis Kaçe, Yannis Mistakidis, Nikos Korovesis, Erik Sabo, Dimitris Pelkas, Terri Antonis;

Hücumçular: Stefanos Atanasiadis, Jayro da Silva.

Komandanın yeni transferi Dimitar Berbatovun da adının tezliklə iştirak ərizəsinə daxil edilməsi gözlənilir.

Qeyd edək ki, PAOK Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibidir. C qrupunda bu komandalarla birgə Almaniyanın "Borussiya" (Dortmund) və Rusiyanın "Krasnodar" klubları da yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm