“Qəbələ” və “Qarabağ” Avroliqanın qrupunda bu futbolçularla oynayacaq - SİYAHI
Bizi izləyin

İdman

“Qəbələ” və “Qarabağ” Avroliqanın qrupunda bu futbolçularla oynayacaq - SİYAHI

“Qəbələ” Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsini açıqlayıb.

Publika.az xəbər verir ki, siyahıda 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu yer alıb. Onların arasında hazırda həbsdə olan Cavid Hüseynov da var.

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrjkeviç;

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael;

Yarımmüdafiəçilər: 5. George Floresku, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov, 70. Vaqif Cavadov, 88. Derlis David Meza Kolli;

Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo, 32. Fakundo Pereyra, 69. Aleksey Antonov.

Qeyd edək ki, “Qəbələ” Avropa Liqasında PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya) və “Borussiya” (Dortmund, Almaniya) komandaları ilə eyni qrupda yer alıb. İlk rəqib PAOK olacaq. Oyun sentyabrın 17-də Bakıdakı “Bakcell Arena”da təşkil olunacaq.

Avropa Liqasındakı digər təmsilçimiz “Qarabağ” da qrup mərhələsi üçün iştirak ərizəsini təqdim edib. Çempionumuz 25 futbolçuya yer verib. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 12-si yarımmüdafiəçi və 3-ü hücumçudur. Sifariş ərizəsində yalnız Elton Turabov "B" siyahısında yer alıb. Əvəzində təsnifat oyunlarında adı siyahıda olan Namiq Yusifov qrup mərhələsi üçün sifariş ərizəsindən çıxarılıb.

Qapıçılar: 1.Fərhad Vəliyev, 13.İbrahim Şehiç, 94.Halit Oğuzxan;

Müdafiəçilər: 2.Qara Qarayev, 5.Maksim Medvedev, 14.Rəşad Sadıqov, 19.Azər Salahlı, 25.Ansi Aqolli, 32.Elvin Yunuszadə, 55.Bədavi Hüseynov;

Yarımmüdafiəçilər: 6.Vüqar Mustafayev, 8.Miçel, 10.Dani Kintana, 11.Elvin Məmmədov, 18.İlqar Qurbanov, 20.Riçard Almeyda, 22.Əfran İsmayılov, 33.Elton Turabov*, 67.Əlhərbi Əl-Jadeyui, 70.Çumbinyo, 77.Cavid Tağıyev, 91.Coşqun Diniyev.

Hücumçular: 9.Reynaldo, 29.Raydell Pupon, 90.Samuel Armenteros.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının J qrupunda yer alıb. Qurban Qurbanovun komandası İngiltərənin "Tottenhem", Belçikanın "Anderlext" və Fransanın "Monako" klubları ilə mübarizə aparacaq. İlk görüş sentyabrın 17-də səfərdə "Tottenhem"ə qarşı olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm