Qəbələdə polo arenası tikiləcək
Bizi izləyin

İdman

Qəbələdə polo arenası tikiləcək

Qəbələdə polo yarışları üçün böyük arena tikiləcək.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, həmin arenada 2017-ci ildə dünya çempionatının keçirilməsi planlaşdırılıb. Bu məqsədlə dekabrda beynəlxalq federasiya üçün təqdimat ediləcək.

Qeyd edək ki, sentyabrın 4-də ARAF, "Elite Horse and Polo Club" və "World Polo"nun birgə təşkilatçılığı ilə Binə qəsəbəsindəki Elite Horse & Polo Club-da 1-ci FİP Arena Polo üzrə Avropa Çempionatına start veriləcək. Turnir sentyabrın 12-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm