Bu, bazardır – Kim nə qədər xərcləyib və qazanıb?
Bizi izləyin

İdman

Bu, bazardır – Kim nə qədər xərcləyib və qazanıb?

Avropada növbəti transfer pəncərəsi bağlandı. İndi klublar xərclərini və gəlirlərini hesablayırlar. Bəzi klublar bu bazarlıqdan zərərlə çıxıbsa, bəziləri də qaz vurub, qazan doldurub.

Publika.az xəbər verir ki, həmişə olduğu kimi yenə də Avropanın aparıcı klubları bədxərclik ediblər. Amma Portuqaliya klubları bazarlıq dönəmini gəlirlə başa vurublar. Avropada transferlərə ən çox pul xərcləyən komanda “Mançester Siti” olubsa (135,23 milyon avro), ən çox gəlir götürən klub isə “Portu”du - 83,90 milyon avro. Portuqaliyanın digər nəhəngi “Benfika” da Avropada ən çox gəlir əldə edən ikinci klubdu - 76,45 milyon avro.

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Monako” da bazarlıq mövsümündə babat qazanıb - 76,10 milyon avro.

Transfer bazarlığına ən çox vəsait xərcləyən və qazanan klubların siyahısını təqdim edirik.

Ən çox xərcləyənlər

Mançester Siti (İngiltərə) - 135,23 milyon avro

PSJ (Fransa) - 98,70

Valensiya (İspaniya) - 91,90

Milan (İtaliya) - 81,32

Real (İspaniya) - 74,50

Ən çox qazananlar

Portu (Portuqaliya) - 83,90 milyon avro

Benfika (Portuqaliya) - 76,45

Monako (Fransa) - 76,10

Udineze (İtaliya) - 48,20

Şaxtyor (Ukrayna) - 46

Oxumağa davam et
Reklam
Reklam

Gündəm